Sərxoş halda binanın həyatına girən sürücü aləmi bir-birinə qatıb maşınları əzdi - VİDEO
Cəmiyyət
6-06-2026, 11:31

Sərxoş halda binanın həyatına girən sürücü aləmi bir-birinə qatıb maşınları əzdi - VİDEO

Binanın həyətinə sərxoş vəziyyətdə avtomobillə daxil olan sürücü xaosa səbəb olub.

Ekomuhit.org Avtosfer.az-a istinadla xəbər verir ki, Rusiyanın Çelyabinsk vilayətində 45 yaşlı şəxs idarə etdiyi avtomobillə sürətlə binanın həyətinə daxil olub. O, əvvəlcə binanın giriş hissəsinin talvarını uçurub, bir maşına ziyan vurduqdan sonra skuter və velosiped sürən uşaqların üzərinə sürüb. Uşaqlar çeviklikləri sayəsində avtomobilin altında qalmaqdan son anda xilas olublar.

Sərxoş sürücü daha 2 nəqliyyat vasitəsinə zərər yetirdikdən sonra dayana bilib.

Hadisə yerinə gələn polis əməkdaşları sürücünün spirtli içki qəbul etdiyini müəyyən ediblər.

Yerli qanunvericiliyə əsasən, qaydaları kobud şəkildə pozan və insanların həyatını təhlükəyə atan şəxsi 45 min rubl məbləğində pul cəriməsi və sürücülük hüququndan 2 ilədək müddətə məhrum edilmə cəzası gözləyir.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Hava Məlumatı
Bakı, Azərbaycan
05:04
🌤️
25°C
Əsasən açıq
Bakı, Azərbaycan
63%
Rütubət
30.8 km/s
Külək
39.4 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
42
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°