Etirazlar ALOVLANDI: Polis və etirazçılar QARŞI-QARŞIYA
Dünya
25-05-2026, 08:45

Etirazlar ALOVLANDI: Polis və etirazçılar QARŞI-QARŞIYA

Serbiyanın paytaxtı Belqradda tələbələr və müxalifət tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı polis ilə nümayişçilər arasında baş verən qarşıdurma axşam saatlarında yenidən şiddətlənib.

ekomuhit.org xarici mətbuata istinadən xəbər verir ki, şəhər mərkəzində etirazçılarla polis arasında yaranan toqquşmalar zamanı yollar zibil konteynerləri ilə bağlanıb. Təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və fiziki gücdən istifadə edib.

Hadisələr ilk olaraq Serbiya parlamenti və Prezident Aleksandar Vuçiç tərəfdarlarının düşərgə saldığı Pionirski Parkı ətrafında başlayıb. Polis etirazçıları Kral Aleksandar Bulvarı boyunca Belqrad Universitetinin Hüquq fakültəsinə doğru geri çəkilməyə məcbur edib.

Hüquq fakültəsinin qarşısında toplaşan etirazçılar zibil konteynerlərindən barrikada quraraq yolu bağlayıb, əraziyə gələn polis maşınlarına isə şüşə qablar və pirotexniki vasitələr atıblar. Bundan sonra əlavə polis qüvvələri hadisə yerinə cəlb olunub. Polis əməkdaşları dəyənək və qalxanlardan istifadə edərək yolu yenidən nəqliyyat üçün açıb.

Polis maşınları parlament binasına qayıtsa da, hüquq fakültəsinin qarşısında toplaşan insanların dağılmadığı bildirilib. Bölgədə təhlükəsizlik tədbirləri jandarma qüvvələrinin dəstəyi ilə daha da gücləndirilib.

Serbiya Polis İdarəsinin rəisi Dragan Vasilyeviç bildirib ki, etiraz aksiyasına 34 min 300 nəfər qatılıb. O qeyd edib ki, iştirakçıların hamısı fəal etirazçı olmayıb./ajans.az

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°