Daşkəsəndə “Təmiz Hava” reydi: Normanı aşan avtomobillər aşkarlandı
Ekologiya
12-05-2026, 11:10

Daşkəsəndə “Təmiz Hava” reydi: Normanı aşan avtomobillər aşkarlandı

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz Hava” aylığı çərçivəsində monitorinq keçirilib.

ekomuhit.org xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd atmosferə normadan artıq zərərli qaz tullantıları buraxan nəqliyyat vasitələrinin aşkarlanması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması olub.

Monitorinq zamanı xüsusi texniki avadanlıqlar vasitəsilə avtomobillərin mühərriklərindən atmosferə buraxılan qazların səviyyəsi yoxlanılıb. Aparılan yoxlamalar nəticəsində ekoloji normalara cavab verməyən 12 nəqliyyat vasitəsi aşkarlanıb.

Qayda pozuntusuna yol verən sürücülərlə profilaktik söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokollar tərtib olunub.

Hava Məlumatı
Bakı, Azərbaycan
03:34
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°