Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşdi - VİDEO
Problem
1-06-2026, 08:14

Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşdi - VİDEO

Suraxanı bazarının ərazisində iri həcmli tikinti işləri aparılır.

Ekomuhit.org xəbər verir ki, müraciət edən Suraxanı rayonunun Əmircən qəsəbəsinin sakinləri iddia edirlər ki, bazara bitişik ərazidə əvvəllər anbar yerləşib. Həmin ərazi təmizləndikdən sonra burada yeni tikili inşa edilməyə başlanıb. Sakinlərin sözlərinə görə, tikinti işləri gediş-gəlişə çətinlik yaradır və piyada səkilərinin bir hissəsi zəbt olunur. Ərazidə fəaliyyət göstərən satıcılar da tikilinin bazar ərazisinə aid olduğunu təsdiqləyiblər. Onların sözlərinə görə, tikintiyə bir neçə il əvvəl başlanılıb, lakin 2024-cü ildə işlər dayandırılıb. "Suraxanıbazar" ASC-nin nümayəndəsi isə bildirib ki, sözügedən tikintinin aparılması 2024-cü ildə müvafiq icazə sənədləri olmadığı üçün dayandırılmışdı. Hazırda isə sənədlər aidiyyəti qurumlarla razılaşdırılıb və tikinti işlərinin davam etdirilməsi üçün zəruri prosedurlar yerinə yetirilib.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°