Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Problem
24-06-2026, 08:25

Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO

Sumqayıt şəhərindəki parkda uzun müddətdir davam edən tikinti işləri artıq böyük bir problemə çevrilib.

Beləki, şəhər sakinin göndərdiyi videoda tikintinin şəhərin Zülfü Hacıyev küçəsində aparıldığı müşahidə edilir. Heydər Əliyev parkının arxasında, tikintisi nəzərdə tutulan DOST mərkəzinə bitişik hissədə hasarlanan ərazidə hansısa obyektin açılışı planlaşdırılır. Sakinləri narahat edən isə tikinti işlərinin hasarlanmış ərazinin daxili ilə yanaşı xaricində də davam etməsidir. Belə ki, Heydər Əliyev parkının davamı olaraq bilinən və yaşıllıq ərazisinin bir hissəsi məhv olunan yerdə tikinti materialları hasarın xaricinə də tökülüb və səkini zəbt edir.

Səki ilə bağlı problem isə təkcə zəbtlə bitmir. Eyni zamanda, səkidə davamlı yük maşınlarının hərəkəti də artıq bordür daşlarını və səkini bərbad hala salıb. Sumqayıtda mobillik zolağı olmadığı üçün kuryerliklə məşğul olan şəxslər səki ilə hərəkətə məcbur qalır. Lakin bərbad vəziyyətdə olan səkidə hərəkət skuter və velosiped istifadəçilərinə də çətinlik yaradır. Sakinlər aidiyyəti qurumlardan məsələni nəzarətə götürmələrini və bu cür problemlərin həllini tələb edir.Avtosfer.az

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°