Bir qrup usta "Avanqard-Construction'' MMC-dən pullarını ala bilmirlər - ŞİKAYƏT/ VİDEO
Problem
9-07-2026, 12:17

Bir qrup usta "Avanqard-Construction'' MMC-dən pullarını ala bilmirlər - ŞİKAYƏT/ VİDEO

Bakıda bir qrup usta işlədikləri ''Avanqard-Construction'' MMC-dən pullarını ala bilmədiklərini iddia edirlər. Onların sözlərinə görə, görülən iş üçün əvvəlcədən razılaşdırılmış məbləğ tam ödənilməyib və hazırda şirkətdən təxminən 17 min manat alacaqları qalıb.

Ekomuhit.org Xəzər Tv-yə istinadən xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tikintisi aparılan yaşayış binalarında fasad işləri görən bir qrup ustadan bildirib.

Şikayətçilərin sözlərinə görə, onlar 12 nəfər heyyətlə ''Avanqard-Consturiction'' podratçı tikinti şirkətilə razılaşaraq tikinti şirkətində hər kvadratmetr fasad işinə görə 28 manat ödənilməsi barədə razılıq əldə ediblər.

Ustalar deyirlər ki, məsələ ilə bağlı dəfələrlə şirkət rəhbərliyinə müraciət etsələr də, onlara hesablamaların məhz bu qaydada aparıldığı bildirilib.

Məsələ ilə bağlı adı çəkilən ''Avanqard-Construction'' şirkətindən bildirilib ki, ustaların irəli sürdüyü iddialarla razı deyillər. Qeyd etdilər ki, onlarla əvvəldən işin bir kvadratmetri 25 manatdan razılaşdırılıb.

“Həmin şəxslər işi yarımçıq qoyub getdikləri üçün qalan məbləğ ödənilməyib. İşi təhvil verən kimi məbləğ tam ödəniləcək'',- deyə şirkətdən qeyd olundu.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°