Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb
Xəbərlər
5-06-2026, 11:04

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb

İyunun 5-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ekomuhit.org-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 4-ü gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 7, Şərurda 4, Daşkəsəndə 2, Ordubad, Şahbuz, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qrız, Beyləqan, Biləsuvar, Cəlilabad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzulidə 1 millimetrədək olub.

İyunun 4-də saat 14:40 radələrində Daşkəsən rayonunun Alaxançallı, Qaratağlar, Qaraqullar, Muşavaq, Zinzahal, Zivlan, Suqovuşan kəndlərinə, saat 14:28-14:30 radələrində Gədəbəy rayonuna diametri 7 millimetr, rayonun Düzyurd və Talakənd kəndlərinə də dolu düşüb.

Hava Məlumatı
Bakı, Azərbaycan
03:34
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°