1,7 min hektara yaxın ərazi minalardan təmizlənib
Xəbərlər
29-06-2026, 11:35

1,7 min hektara yaxın ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyunun 22-dən 28-dək 37 tank əleyhinə mina, 36 piyada əleyhinə mina, 329 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Ekomuhit.org-un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1696,11 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°