Zaqatalada güclü leysan və küləkfəsadlar yaradıb - FOTO
Xəbərlər
1-07-2026, 11:55

Zaqatalada güclü leysan və küləkfəsadlar yaradıb - FOTO

Axşam radələrində Zaqatala rayonuna yağan güclü yağış və külək nəticəsində şəhər ərazisində irigövdəli ağacın bir hissəsi yola aşıb.

Ekomuhit.org "Bizim.Media"ya istinadən xəbər verir ki, güclü külək və leysan yağışları ilə müşahidə olunan təbiət hadisəsi nəticəsində şəhərin İmam Şamil küçəsində irigövdəli ağacın bir hissəsi nəqliyyat vasitələrinin intensiv olduğu yola düşüb. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Leysan yağışları və külək bir qədər ara verdikdən sonra şəhər nümayəndəliyi və kommunal təsərrüfat birliyinin əməkdaşları hadisə yerinə gəlib, yola aşan ağacın gövdəsini mişarla hissəslərə bölərək yoldan təmizləyiblər. Şəhər nümayəndəliyindən bildirilib ki, küçədə hərəkət qısa müddətdə bərpa olunub. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam etsə də hələlik ciddi fəsadlar qeydə alınmayıb. O da diqqətə çatdırılıb ki, hava şəraiti nəzərə alınaraq şəhər nümayəndəliyi və kommunal təsərrüfat birliyinin əməkdaşları növbəli şəkildə fəaliyyət göstərir, baş verə biləcək hər hansı təbiət hadisəsinə dərhal reaksiya verilir və aradan qaldırılması istiqamətində işlərə başlanılır.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°