Göyçayda güclü külək fəsadlara yol açıb
Xəbərlər
Bu gün, 07:28

Göyçayda güclü külək fəsadlara yol açıb

Göyçay rayonunda axşam saatlarında müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlara səbəb olub.

Ekomuhit.org xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən irigövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaranıb.

Hadisə yerinə dərhal yol və post patrul xidmətinin əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülür, ağacların yoldan kənarlaşdırılması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Güclü küləyin törətdiyi fəsadlar rayonun Yeniarx kəndində də qeydə alınıb. Belə ki, irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşması nəticəsində kəndə elektrik enerjisinin verilişi dayandırılıb.

Kənd sakinlərinin sözlərinə görə, təbiət hadisəsi nəticəsində bir neçə fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünə ziyan dəyib. Bundan başqa, bir vətəndaşa məxsus minik avtomobili aşan ağacın təsirindən zədələnib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hava Məlumatı
Bakı, Azərbaycan
17:03
☀️
29°C
Açıq
Bakı, Azərbaycan
44%
Rütubət
12.4 km/s
Külək
40.8 km
Görünüş
760
Təzyiq mmHg
UV 4
UV İndeks
31/19
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
42
Yaxşı
5 Günlük Proqnoz
Bugün
☁️
31°
19°
Çər
☁️
29°
20°
Cüm.ax
☁️
31°
20°
Cüm
☁️
34°
22°
Şnb
31°
22°