Rusiyanın İrkutsk vilayətində dizel yanacağı çatışmazlığı aqrar sektoru ciddi risk qarşısında qoyub.
Ekomuhit.org xəbər verir ki, bölgə qanunverici məclisinin deputatı Stepan Frantenko yerli fermerlərin yanacaq qıtlığı ilə bağlı kütləvi şikayətlər etdiyini bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı istehsalçıları dizel yanacağının bahalaşmasından, bazarda möhtəkirliyin artmasından və təchizatın dayanmasından narazıdırlar. Bəzi təsərrüfatlarda artıq səpin işlərinin dayandığı qeyd olunur.
Frantenko bildirib ki, təchizatçılarda ya ümumiyyətlə yanacaq yoxdur, ya da mövcud resurslar Rusiyanın qərb bölgələrinə yönəldilir.
“Əgər indi limitləri götürə bilməsək, nə yem bitkiləri olacaq, nə də taxıl. O zaman yüz milyonlarla vəsait xərcləməyə ehtiyac qalmayacaq, sadəcə İrkutsk vilayətində bütün kənd təsərrüfatının tam bağlanmasına hazırlaşmaq lazım gələcək”, - deyə deputat bildirib.Musavat.com