Abşeronda qanunsuz tikintilərə kimlər göz yumur? - FOTO
Cəmiyyət
Dünən, 14:07

Abşeronda qanunsuz tikintilərə kimlər göz yumur? - FOTO

Abşeron rayonunda qanunsuz tikinti və qazıntı işlərinin geniş vüsət alması sakinlərin ciddi narahatlığına səbəb olur. Rayonun müxtəlif ərazilərində demək olar ki, hər gün yeni tikinti meydançaları və qazıntı işləri müşahidə edilir.

Ekomuhit.org bildirir ki, Ekologiya.az-a daxil olan məlumatlara əsasən, bəzi ərazilərdə aparılan işlərin qanuniliyi ilə bağlı suallar yaranır. Məsələ ilə əlaqədar dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə, həmçinin aidiyyəti qurumlara sorğular ünvanlansa da, müraciətlərin əksəriyyəti cavabsız qalıb.

Son günlərdə rayon ərazisində yenidən yeni qazıntı və tikinti işlərinin aparıldığı müşahidə olunur. Maraqlıdır, bu işlər hansı əsaslarla həyata keçirilir və onların qanunvericiliyin tələblərinə uyğunluğuna hansı qurum nəzarət edir?

Mütəxəssislərin fikrincə, tikinti və qazıntı işləri aparılarkən ekoloji tələblərə, şəhərsalma normalarına və təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Əks halda bu cür fəaliyyətlər həm ətraf mühitə, həm də vətəndaşların yaşayış şəraitinə mənfi təsir göstərə bilər.

İctimaiyyəti maraqlandıran əsas məsələ isə budur: qanunsuz tikintilərə və nəzarətsiz qazıntı işlərinə göz yumanlar kimlərdir?

Ekologiya.az məsələ ilə bağlı araşdırmalarını davam etdirir və aidiyyəti qurumlardan rəsmi mövqe gözləyir.

Hava Məlumatı
Bakı, Azərbaycan
17:03
☀️
29°C
Açıq
Bakı, Azərbaycan
44%
Rütubət
12.4 km/s
Külək
40.8 km
Görünüş
760
Təzyiq mmHg
UV 4
UV İndeks
31/19
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
42
Yaxşı
5 Günlük Proqnoz
Bugün
☁️
31°
19°
Çər
☁️
29°
20°
Cüm.ax
☁️
31°
20°
Cüm
☁️
34°
22°
Şnb
31°
22°