Sabah 35 dərəcə isti olacaq
Xəbərlər
Bu gün, 13:24

Sabah 35 dərəcə isti olacaq

İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekomuhit.org xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 50-60% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-20°, bəzi yerlərdə 23-28° isti olacaq.

Hava Məlumatı
Bakı, Azərbaycan
17:03
☀️
29°C
Açıq
Bakı, Azərbaycan
44%
Rütubət
12.4 km/s
Külək
40.8 km
Görünüş
760
Təzyiq mmHg
UV 4
UV İndeks
31/19
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
42
Yaxşı
5 Günlük Proqnoz
Bugün
☁️
31°
19°
Çər
☁️
29°
20°
Cüm.ax
☁️
31°
20°
Cüm
☁️
34°
22°
Şnb
31°
22°