Yasamalda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEO
Ekologiya
13-05-2026, 17:15

Yasamalda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEO

Yasamal rayonunda sürücülər arasında “Təmiz hava” aylığı çərçivəsində tədbir təşkil edilib.

ekomuhit.org  xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Yasamal rayon DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib.

Nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı ölçülüb, qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb. Eyni zamanda, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli sürücülərə qanunvericiliyin tələblərini izah edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.

Ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.

Əksər sürücülərin avtomobilləri normalara cavab verib. Buna baxmayaraq, zərərli maddələrin miqdarı normadan artıq olan sürücülərə cərimə yazılıb.

Hava Məlumatı
Bakı, Azərbaycan
03:34
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°