Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz hava aylığı” çərçivəsində maarifləndirici və profilaktik tədbirlər davam etdirilir.
ekomuhit.org xəbər verir ki, keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyəti yoxlanılıb, atmosferə zərərli tullantıların yayılmasına səbəb olan nasazlıqlarla bağlı sürücülərə xəbərdarlıqlar edilib.
Yol polisi əməkdaşları sürücülərlə söhbətlər apararaq nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsinin, mühərrik və qaz sistemlərinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Bildirilib ki, tədbirlərin əsas məqsədi ekoloji təhlükəsizliyin təmin olunması, havanın çirklənməsinin qarşısının alınması, eləcə də sürücülər arasında məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasıdır.