Qaradağda ekoloji reyd; 7 sürücüyə PROTOKOL YAZILDI - VİDEO
Ekologiya
14-05-2026, 11:04

Qaradağda ekoloji reyd; 7 sürücüyə PROTOKOL YAZILDI - VİDEO

Bu gün Qaradağ rayonunda ölkə üzrə keçirilən “Təmiz hava” aylığı çərçivəsində tədbir baş tutub.

ekomuhit.org xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Qaradağ rayon DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı ölçülüb. Qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb.

Eyni zamanda, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli sürücülərlə maarifləndirici söhbət apararaq onlara qanunvericiliyin tələblərini izah edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.

Ətrar mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.

Əksər sürücülərin avtomobilləri normalara cavab verib. Bu səbəbdən, həmin sürücülərə avtomobilə göstərdikləri qulluğa, ekologiyaya qarşı həssas yanaşmaya görə təşəkkür edilib və “yaxşı yol” arzulanıb. Buna baxmayaraq, zərərli maddələrin miqdarı normadan artıq olan 20-dən çox avtomobilin sürücüsünə cərimə yazılıb.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°